Xəbərlər -> Samsung galaxy NOTE 4

Samsung Galaxy Note 4 N910C fabletinə ümumi baxış

Interyer görüntüləri

 

Texniki xarakteristikası

  • Android 4.4.4, TouchWiz örtüyü
  • microSIM
  • Ekran-SuperAMOLED, 5.7 dyum, 1440х2560 pikselli, QHD, hər dyümdə 515 nöqtə, 16 milyon işıqla
  • Corning Gorilla Glass 3
  • Əl ilə qeydlər aparmaq, şəkil çəkmək və s. üçün S Pen
  • 3 Gb operativ yaddaş, 32 Gb daxili yaddaş, 128 Gb yaddaş kartı yerləşdirmək imkanı
  • Exynos 5 Octa 5433, 8-nüvəli prosessor, 1.9 GHz-ə qədər Cortex A57, 1.3 GHz-ə qədər Cortex A53 nüvəsində, Mali-T760 – LTE Cat.4 – N910C qrafik sürətləndiricisi
  • Qualcomm Snapdragon 805, 4 nüvə Krait 450 2.7 GHz-ə qədər, Adreno 420, LTE Cat.6 – N910S
  • Sürətlənmə sensoru, qiroskop, yaxınlaşma sensoru, kompas, barometr, ultrabənövşəyi şüa sensoru, ürək döyüntüləri, qanın oksigen doyumluluğunu ölçmək üçün GPS/A-GPS/Glonass
  • 16 meqapiksel ISOCELL kamera, optik stabilizasiya, saniyədə 30 kadrla 2160р ölçüsündə video çəkiliş
  • Ant , Bluetooth 4.1 EDR, Wi-Fi 802.11 b/g/n/ac, iki diapazon; microUSB (USB 2.0), USB Host, MHL, USB On-the-go; NFC, IK-port;
  • 3G 850/900/1900/2100; 4G 800/850/900/1800/2100/2600
  • 3220 mAh Li-Ion akkumulyator
  • ölçüsü 153.5х78.6х8.5 mm, çəkisi 176 qram

Təslimat komplekti

  • telefon
  • 3220 mAh Li-Ion akkumulyator
  • Simli stereoqarnitura
  • USB-kabelli batareya adapteri
  • Təlimat

Mövqeyi

Note seriyası Samsung kompaniyası daxilində eksperiment kimi yaradılsa da bazarda gözlənilməz tələblə rastlaşdı. Artıq ikinci nəsildə Note flaqman xüsusiyyətləri qazanmağa başladı və xüsusi seçilərək satışları özünə yönəltməyi bacardı. Samsungun bir il ərzində iki flaqmanı-yazın əvvəlində Galaxy S və payızda Note seriyasını təqdim edir. 2013-cü ildə məlum oldu ki, Samsung öz innovasiyalarının böyük hissəsini bu flaqmanda təqdim edəcək. Bu cihaz Samsungun yeni texnologiyalar poliqonu və əsas məhsuludur. Istehlakçıların marağı daima Galaxy S-dən Galaxy Note-a tərəf dəyişmişdir. Bunu qeyd etmək yetərlidir ki, Galaxy S4 satışları ilk 50 gündə 10 milion ədəd təşkil etmiş, Galaxy Note 3 isə bu nəticəni 60 gün ərzində əldə etmişdir. Şərti olaraq deyə bilərik ki, Samsung bu iki kateqoriya məhsulunu parallel olaraq yaratmağa çalışır. Bunun səbəbləri müxtəlifdir. Real və güclü rəqiblərin olmaması, məhsulun yüksək qiyməti, modellərin əla texniki xarakteristikaları. Note 3 modeli Note 2 kimi çox uğurlu alınmışdır, hansı ki rəqibləri onları təkrarlaya bilmədilər. Note seriyasının necə dəyişildiyinə baxaq:

Məsələn LG həm Galaxy S, həm də Note seriyasının inkişafını yaxından izləyirdi. 2013-cü ildə kompaniya artıq bir qərara gəlməli idi, bu iki flaqmanla rəqabət apa biləcək yoxsa əksinə. Və nəhayət kompaniya LG G3 flaqmanını yaratmağa məcbur oldu. Ölçüləri cəhətdən bu modelin ekranının diaqonalı Galaxy S5 və Note 4 arasında olub funksional olaraq Galaxy S5 -ə yaxındır.

Note seriyası bazarda özünə elə bir mövqe yaratdı ki, hətta Apple özünün iPhone 6 Plus modeli ilə onun bu mövqeyini paylaşmağa can atır. Çinin istehsalçıları isə yeni texnologiyaların yaradılmasına deyil məhz ekranın diaqonalının böyüdülməsinə yönələn modellər təqdim edirlər.

Samsung Note seriyasını yaradarkən yaxın iki-üç il ərzində aktual olacaq və istehlakçıların maksimal faydalanacağı xarakteristikaların tətbiq edilməsinə diqqət etmişdir. Məslən Note 3 bir il əvvəl istehsal edilsə də bu gun də öz aktuallığını itirməmişdir. Model bazarda faktiki olaraq ən yaxşılardan hesab edlir. Təkcə kamerasına görə Galaxy S5 və Note 4-dən geridə qalır. Bu cihazı əldə edərkən yaxın bir və ya üç il ərzində onu dəyişməyəcəyinizə əmin ola bilərsiniz. Bazarın flaqmanları bir neçə il keçdikdən sonra istifadəçilərinin rahatlıqla istifadə edə biləcəyi modellər hesab edilir. Bu sahədə isə Apple və Samsung satış tirajları ilə liderliklərini sübut edirlər. Bu iki kompaniyanın istehsal yanaşmaları fərqlidir. əgər Apple marketinq və markanın möhkəmləndirilməsinə xidmət edirsə Samsung əksinə öz modellərində texniki üstünlüklər yaratmağa can atır. Bu cəhətdən Note 4 maksimum texnoloji yeniliklərdən istifadə etməyə can atan, iş sürəti və çəkilişlərin keyfiyyətli olmasını istəyən istehsalçılar üçün yaradılmışdır.

 

Dizaynı, ölçüləri və idarəetmə elementləri

Samsung Note seriyasını ən bahalı cihaz kimi təqdim edir. 2013-cü ildə onlara dəri naxışlı arxa örtük əlavə edildi. Bu örtük bir çoxlarının gülüş hədəfinə çevrildi. Belə ki, onların fikrinə görə birinciliyə layiq model məhz əsl dərini istifadə etməli idi. Bu isə sadəcə dərinin saxta formasıdır. Lakin bu şərhlərdə plastikin dəridən daha dözümlü bir material olması və onun daha çox istifadə edilə bilməsi məntiqi çatmırdı. Samsungun bu ideyasını bir neçə çin kompaniyası oğurlayaraq 2014-cü ildə artıq xarici formanı üzun müddət qoruyub saxlaya bilən dəri naxışlı arxa örtüyü olan onlarla model istehsal etmişdir. Çoxları isə unudur ki Note 3 üçün əsl dəridən olan örtüklər artıq ilk aydan satışa çıxarılmışdı. Yəni əsl dəri istəyirsənsə onu alıb dəyişə bilərsən.

Qeyd etmək lazımdır ki, Note örtüyü sıradan bir aksessuar deyil arxa qapaq əvəzinə bərkidilərək korpusunun əsas hissəsi hesab edilir.

 

Modelin eksteryerindən başlasaq deyə bilərik ki, o xarici görünüşdə Note 3-ü xatırladır. Fərqləri elə də gözəgörünən hesab edilmir. Galaxy Alpha kimi Note 4-də korpusun ətrafı metal çərçivəyə salınmışdır.

Samsung Galaxy Alpha

Note 4 də cihazın ölçülərini nəzərə almasaq bu görüntüyə sahibdir. Yan çıxıntısı korpus rəngində tərtib edilmişdir. Belə ki, ağ rəgdə o ağ rəngli, çəhrayı modeldə çəhrayı rəngli və s. Texnoloji cəhətdən bu bir çağırışdır ki, əslində daim istifadə edilən metalın üzərinə çəkilən rəngin sonradan getməməsinə necə nail olmaq olar. Metalı qəsdən açar və digər predmetlərlə cızmağa çalışsaq da heç bir iz qalmır. Əlbəttə, bıçaq və ya mismar ilə onu cızmaq mümkündür. Lakin bu istifadə zamanı ağılasığmazdır. Note 3-də isə kənar metalın rəngləri tökülür və əzilir.

İnsan boyu hündürlüyündən müxtəlif səthlərə düşən Note 3 özündən əvvəlki sələfləri kimi bu sınaqdan uğurla çıxmışdır. Note 4 ilə 1.5 m hündürlükdən parket üzərinə atsaq elə də gözəçarpan cızıqların olmadığını müşahidə edə bilərsiniz. Note 4-ün çərçivəsi metaldan hazırlandığı üçün onun uzunömrlü olduğu sözsüzdür.

Başlanğıc olaraq cihaz bazara 4 rəngdə çıxarılacaq- ağ, qara, çəhrayı və qızılı. Bütün rənglər maraqlı görünüşə malikdir.

Arxa örtük də həmçinin dəri naxışla işlənmişdir, lakin kənarlarda tikiş yoxdur.

Cihazda dinamiklər arxaya keçirilmişdir ki, bu da Galaxy S5 ilə analoji konstruksiyadır. Note 3-də dinamiklər aşağı kuncdə yerləşirdi. Yerinin dəyişilməsi dinamiki daha güclü etmişdir.  

Künclərdə mikrofonlar yerləşir ki onlar cihazda üç ədəddir. Biri yuxarı, ikisi isə aşağı küncdə. Üç mikrofon nəinki küçədə və ya digər səs-küylü məkanlarda səsin yaxşı çıxmasına imkan yaradır, hətta telefonlar üçün xarakterik olmayan səsə aid bir neçə əlavə funksiyalar da təqdin edilmişdir.diktafon yaxşılaşdırılmışdır. “Müsahibə” funksiyası əlavə edilmişdir ki, bu funksiya səsyazma aktivləşən zaman aşağı kənarlardakı iki mikrofonu həmsöhbətə tərəf tutaraq və ya stolun üstünə qoymaqla səsyazam aparır. Səs bir mənbədən deyil müxtəlif mənbələrdən yazılırsa “Konfrans” rejimini aktivləşdirmək olar. Bu digər telefonlardan fərqli olaraq parktikada lazımlı bir yeniliyin tətbiqidir.

Qeyd etmək yerinə düşər ki, səs ötürülmə nöqteyi nəzərdən Note 4 üzərində böyük iş həyata keçirilmişdir. Bu isə öz növbəsində təkcə operator dəstəyindən asılı olan HD Voice kodekləri deyildir. Samsung maksimal dərəcədə danışıqda yaxşı olan telefon yaratmaq üçün həm mikrofon, həm də dinamiklər üzərində çalışmışdır. Əlbəttə bəzi diqqətsiz istifadəçilər bunu elə də hiss etməyəcəklər. Telefonla danışıqlara çox vaxt sərf edənlər üçün isə səsin keyfiyyəti önəmli bir xassə hesab edilə bilər. Bu cəhətdən onu öz köhnə keyfiyyətini yeni modellərinə qaytarmış Nokia ilə müqayisə etmək olar.

Arxa paneldə 16 meqapikselli kamera modulu yerləşir. Onun hər hansı haşiyəsi yoxdur. Kamera Note 3-dəki kimidir. Kameranın ortada yerləşdiyini nəzərə alsaq cihaz düz səthdə duran zaman korpusun bir az qalxması hesabına səsin yüksəkdən çıxdığını hiss edə bilərsiniz

Galaxy S5 ilə müqayisədə kamera altındakı sensor dəyişilmişdir. Indi o nəbzi ölçməklə yanaşı həm də qanda olan oksigeni, stress və ultrabənövşəyi süaları da ölçə bilir. Bəziləri üçün bu funksiyalar artıq kimi görünsə də hər halda bu funksiyalar üçün əlavə pul tələb edilmir.

Yuxarı kənarda məişət texnikasında istifadə edilə bilən IK port yerləşir. Sizin telefonunuz hər hansı məişət cihazı üçün idarəetmə vasitəsi ola bilər. Bu servis Peel tərəfindən təqdim edilir.

Yuxarı yan tərəfdə cüt səstənzimləyici və sağ tərəfdə yandırma/söndürmə klavişi yerləşir. Klavişlər metallik olub işlənmə zamanı çox rahatdırlar. Yuxarı kənarda 3.5 mm diametrli qulaqcıqlar üçün oyuq , eynilə aşağı küncdə isə standart 2 microUSB oyuğu yerləşir. Galaxy S5 və Note 3-dən geri qalan məhz microUSB 3.0 deyil microUSB 2.0 olmasıdır. Bunun ən uyğun mülahizəsi isə o ola bilər ki, Samsung bu oyuqda microUSB 4.0-ün istifadə edilə biləcəyinə ümid edib. O Apple üçün yeni qurğular kimi görünür. 2015-ci ilin yayında bu cür USB yaradıla biləcəyi üçün onun köhnə forması tətbiq edilmişdir. Çox da böyük auditoriyanın bundan şikayətlənəcəyini demək olmaz.

Aşağı kənarda S-Pen üçün oyuğu görə bilərik. əvvəlki modeldəki kimi o çox möhkəm yerləşir, yerindən düşmür. Onun haqqında ayrıca danışmaq lazımdır. Çünki o da yenilənmişdir.

Cihazın üz səthində dinamikdən solda unudulmuş tədbirlər indikatoru yerləşir. O mavi rəngdə işıq saçır. Menyudan onu deaktiv etmək olar. Sağda yaxınlaçma sensoru , ondan da sağda isə ön kamera yerləşir. Ön kameranın imkanları genişlənərək panoram çəkiliş fnksiyası yaradılmışdır.

Mərkəzdəki mexaniki klaviş dəyişilməz qalmışdır. Onun iki tərəfində isə sensor klavişləri yerləşir.

Arxa qapağı açsaq microSD yaddaş artı üçün oyuq, biraz aşağıda microSIM kart üçün oyuq görə bilərik. Sim kartı dəyişdirmək üçün akkumulyatoru çıxarmaq lazımdır.

Galaxy S5-dən fərqli olaraq sudan və tozdan hər hansı qoruyucusu yoxdur. Xatırladaq ki S5 IP67 satandartını dəstəkləyirdi. Bu cəhətdən telefonu suya atıb yoxlamağa dəyməz. Cihazın ölçüləri– 153.5х78.6х8.5 mm, çəkisi – 176 qramdır. Note 3 ilə müqayisədə (151.2х79.2х8.3 mm, çəkisi – 168 qram) əldə tutmaq rahatdır və heç bir problem yaratmır. Telefon balaca deyil, amma kişi əli üçün komfortludur. Digər cihazlarla müqayisələrinə baxaq.

Huawei Mate 7 ilə müqayisəsi

Galaxy S5 ilə müqayisəsi

Samsung Note 3 ilə müqayisəsi

Lenovo Vibe Z2 ilə müqayisəsi

Sony Xperia Z3 ilə müqayisəsi

Apple 6 Plus ilə müqayisədə Apple 6 Plus daha kiçik batareyaya sahibdir, ekranın diaqonalı kiçikdir (5.5 dyum), 172 qram ölçüyə malikdir, ölçüləri isə 8 mm daha çoxdur 158.1х77.8х7.1 mm.

Ekran

Qeyd etmək yerinə düşər ki Samsung kompaniyası özünün xüsusi komponentlərini, həmçinin ekranını yaradan bir neçə istehsalçıdan biridir. Buna görədir ki, kompaniya uzun illər ərzində bu bazarda liderdir. Rəqiblər son yenilikləri əldə edə bilmədiyi üçün hətta Apple şirkəti də Samsungdan lazımlı komponentlərin alınmasından imtina etməyə çalışmışdır. Lakin sonda o kompaniya ilə alış veriş etməyə məcbur olmuşdur.

Ekranın təkcə şəkil keyfiyyəti, ekran imkanları deyil həmçinin displeyin iş zamanı nə qədər enerji sərf etməsi parametri də artıq rəqiblərin uğrunda mübarizə apardığı əsas cəhətlərdəndir. Nəzərəçarpan təkamül nəticəsində Samsung məhz bu cəhətdən rəqiblərindən güclü olan modellər yaratmağı bacarmışdır. Məhz Samsung ən qənaətcil enerji sərfiyyatı ilə modellərini təchiz edir ki, burada əsas rol ekrana aiddir. Bir sözlə Note 4 ekranın qənaətcil iş rejimi baxımından digər rəqiblərini qabaqlayır.

Note 4 ekranının texniki xarakteristikalarına baxaq. Diaqonal dəyişməz qalmışdır – 5.7 dyum, onun ölçüsü isə QHD – 1440х2560 pikselə qədər yüksəlmişdir. Hər dyumda 515 nöqtə, SuperAMOLED. Ümumiyyətlə hər dyumda 400 nöqtə olan ekranlar artıq yüksək keyfiyyətli hesab edilir və onların arasındakı fərqi duymaq getdikcə çətinləşir.

 

Note 4 Corning Gorilla Glass 3-ə sahib telefonlardan biridir ( digər nümunə Nexus 5). Hal

Corning Gorilla Glass 3 seçilməsi heç də təsadüfi deyil. Burada həmçinin ekranın qalınlıöı rol oynayır. Belə ki, Note 4-də özündən əvvəlki cihazlar kimi stilusun toxunuşunu işləyən xüsusi qat vardır. Bu rəqəmsal texnologiyanın aid olduğu Wacom kompaniyasının da bir hissəsini Samsung almışdır. Bu modelin təqdimatında istehsalçı qeyd etdi ki, stilusun adi qələm ilə maksimum oxşar yazı yaza bilməsi, cizgilər çəkə bilməsinə çalışmışlar. Bu isə adi kağız üzərində necə işləyirsinizsə ekranda da o cür işləməyə imkan verir. Odur ki rəqiblərə bu cür texnologiyanı sıfırdan yaratmaq lazım olacaq.

Təqdimatda vurğuladılar ki, ekranın böyük həcmi şiriftləri daha yaxşı əks etdirməyə imkan verir. Göz ilə bunu ilk dəfədən müəyyən etmək mümkün olmasa da bu doğurdan belədir. Bu əlbəttə ki şəkillərin də qavrayışına müsbət təsir edir. Belə ki, Note 4 ekranına baxarkən gözlərin daha az yorulduğu parktikada aydın hiss edilir.

Novbəti məqam rənglərin ötürülməsinin daha dəqiqliyidir. Qısaca olaraq belə demək olar ki, bu mövcud ekranlar arasındaən qəlizidir. O daha dəqiq rəng görüntüsünə malikdir,daha çevik parametrləri ilə analoqu olmayan modeldir. Özünə qədər bir nömrə olan Galaxy S5-in və Galaxy Tab S-in ekranını qabaqlayır. Ikinci yer yenə də Galaxy S5-ə aiddir.

Ekranda şəkil günəş şüaları altında da çox dəqiq görünür. Siz digər telefonlardakı kimi solğun rənglər- RGB, Adobe RGB , həmçinin adaptiv ekran rejimlərini seçə bilərsiniz. Ekranı həmçinin istənilən əlcəkdə olan zaman istifadə etmək mümkündür. Bunun üçün sadəcə həmin rejimi aktivləşdirmək lazımdır.

Galaxy Note 3 ilə (yuxarıdakı foto) müqayisəsinə. Hərçənd çəkilişlər real fərqlər yaratmır.

Note 3 / Note 4

Eyni proqramda şriftlərin fərqləri aşağıdakı kimidir.

SuperAMOLED ekranlar çox qənatcil rejimlə işləməyə imkan yaradaraq yüksək keyfiyyətli görüntünü yaradır. Bu isə bazarda digər istehsalçıların malik olmadığı bir cəhətdir. Bir daha qeyd edə bilərik ki, Note 4 ekranı digərlərindən çox üstün olub özü kimi rəqibə malik deyil.

Akkumulyator

Akkumulyator tutumu Note 3-dəki (3200 mAh) kimidir, dəyişməmişdir. 3220 mAh Li-Ion akkumulyator. Gözləmə rejimində 850 saat, daimi danışıq rejimində 16, video rejimində 10, musiqi səsləndirmə zamanı isə 50 saat işləyə bilir.

Telefeonda Alphada olduğu kimi 20 nm texnologiyası ilə hazırlanmıç yeni çipset quraşdırılmışdır. Bu telefonun işləmə vaxtını çoxaldır və həmçinin güclü qrafiki prosessor və ekranın böyük ölçüsü ilə də tarazılaşır. Təqdimatda qeyd etdilər ki eyni həcmli batareya ilə 7.5 faiz daha artıq işləmə vaxtını əldə etmişlər.

Exynos-versiyası HD rejimdə, ən yüksək işıqlandırma ilə 10 saat telefonun işlək vəziyyətini təmin edir. Bu isə Qualcomm versiyalı cihazlardan cəmi bir saat artıqdır.

Özdən əvvəlki model kimi cihaz yüngül iş rejimində iki sutka işləyir. Bu cəhətdən model bazarda ən uzun ömürlülərdəndir. Hələlik ona çatan bir digər model yoxdur. Bir sözlə onu necə işlətməyinizdən asılı olaraq o bu diaqonallı ekranı olan smartfonların ən dözümlüsüdür.

Note 4 akkumulyatoru forma cəhətdən Note 3-dən fərqli hazırlanmışdır.

Note 3 / Note 4

Cihaz Adaptive Fast Charging & Qualcomm Quick Charge 2.0 texnologiyalı ilk modeldir. Tənzimlələrdən təcili şarj imkanını seçmək olar. Bu zaman yarım saata akkumulyatorun yarısı, saat yarıma hamısı, bir saata isə 90 faizdən artığı şarj edilmiş olacaq.

Maraqlıdır ki, təcili şarj texnologiyasını yalnız Snapdragon platformalı telefonlar üçün hazırlasalar da Samsung onu Exynos prosessorlarında istifadə etmək hüququ almışdır. Bu smatrfonun gözəçarpan yeniliklərindəndir. Çox təəssüf ki, maşınlarda bu rejimdən maşınlarda istifadə etmək mümkün deyil.

Qeyd edək ki, elementar qənaətcillik, məsələn S Pen stilus lazım deyilsə istifadə edilməməsi, ekranın işıqlılığının tənzimlənməsi və həmçinin smartfonun məhsuldarlığına elə də təsir göstərməyəcək dərəcədə prosessorun gücünün azaldılması sizə işləmək üçün əlavə 5-6 saat verə bilir..

S5-də olduğu kimi Note 4-ə iki enerjiyə qənaət rejimi əlavə edilib. Adi rejim vasitəsilə ekran üçün boz öşığa keçirərək enerjiyə qənaət etmık olar. AMOLED texnologiyada boz işıq demək olar ki, ümumiyyətlə enerji tələb etmir. Amma boz qamma işıqda video qədər də keyfiyyətli deyil.

.

Bu rejim batareyanın azaldığı lakin bütün funksiyalardan istifadə etmək lazımlı olduğu halda daha yaxşıdır. Bu halda 10 faizlik şarj ilə siz bütün funksiyalardan istifadə edərək üç saat işləyə bilərsiniz. Cibdə isə onu bu rejimlə daha uzun müddət saxlaya bilərsiniz. Enerjiyə qənaətin bu maksimal səviyyəsi ilə siz 45 faizlik şarj olduğu halda onu gözləmə rejimində 6 gün işlədə bilərsiniz. SMS və danışıqların səsi son ana qədər işləyir. Xatırlatmaq yerinə düşər ki, rəqiblərindən heç birində buna bənzər bir xassəs yoxdur. Note 3-də rəsmi olaraq bu xassa mövcud deyil. S5-də isə yaradılmış oxşar xassə o qədər də uğurlu və stabil deyil.

Yaddaş, yaddaş kartı, çipset və smartfonun səmərəliliyi

Smartfon hal-hazırda Android əməliyyat sistemli cihazlar üçün maksimum olan 3 Gb operativ yaddaşa malikdir. Altıncı nəsil Apple cihazları ilə müayisə etsək onlarda bu göstərici cəmi 1 Gb-dır. Nəzəri olaraq əməliyyat sisteminin işini müxtəlif cür qurmaq olar. Operativ yaddaşın həcmi brauzerin açıq səhifələrini yadda saxlamaq və onları çağırmaq üçün vacibdir. Istifadəçini tez və keyfiyyətli brauzer səhifələr açmaq maraqlandırır ki, bu sahədə Note 3 və Note 4 ən yaxşılardandır.

Daxili yaddaşın həcmi 32 Gb-dır. Proqram və məlumatlarınızı saxlamaq üçün 24 Gb yaddaşdan istifadə edə bilərsiniz. 128 Gb həcminə qədər yaddaş kartı smartfona qoşa bilərsiniz. Karta saxlanılan və telefonun öz yaddaşında olan proqramların işləmə sürəti eynidir.

 

Note 4-ün iki versiyasında aparat fərqlərinə baxaq. N910S modelində 2.7 GHz sürətə malik dördnüvəli Krait 450 Qualcomm Snapdragon 805 , Adreno 420, LTE Cat.6 quraşdırılmışdır. N910C versiyası 1.9 GHz sürətində səkkiznüvəli Cortex A57 və 1.3 GHz Cortex A53 nüvəli Exynos 5 Octa 5433 prosessor, Mali-T760 – LTE Cat.4 quraşdırılmışdır.

Samsung 20 nm texnologiyalı çipsetləri Galaxy Alpha –da istifadə etməklə yeni texniki prosessə keçmişlər və bunu Note 4-də də tətbiq etiblər.

Operativ yaddaş iki kanallı olsa da ötürücülük qabiliyyəti 17 Gbit/saniyəyə qədər artmışdır.

Yeni Cortex A53/A57 nüvəsi təkcə smartfonun məhsuldarlığını təmin etməli deyil, həm də böyük yüklənmə rejimində cihazın qızmamasını təmin etməlidir.

Note 4 bütün testlərdən özünün yaxşı tərəfdən göstərir. O özünə qədər olan smartfonlardan ən güclüsüdür. Virtual olaraq tanış ola bilərsiniz :

Təəssüf ki, bazarda qrafiki altsisitemlərin imkanlarını göstərən ictimai və universal testlər yoxdur. Epic Citadel testi Note 3 və həmçinin Note 4 üçün maksimal xarakteristikalar göstərir. S5 üçün isə operativ yaddaşın azlığını göstərir.

Nəzəri olaraq 16 nüvəli Mali T-760 qrafiki prosessoru Adreno 420-ni qabaqlayir. Praktikada Not 4 nəticəni təsdiqləyir, lakin fərq elə də böyük deyil.

Ümumilikdə isə Exynos daha səmərəlidir. Praktikada bu gecə çəkilşi zamanı hiss edilir. Məsələn çəkiliş başlayan anda kameranın işığı alışır. Note 3-də isə çəkilişin emalını gözləmək lazım idi. Bu birbaşa işlək çipsetin sürəti ilə əlaqədardır. Istifadəçilər çox zaman Qualcomm-u seçirlər. O işləmə vaxtında bir az üstələsə də səmərəlilikdə geri qalır. Reallıqda cihazların istifadəsi zamanı bu fərq hiss edilmir.

USB, Bluetooth, əlaqə imkanları

Note 4 Bluetooth 4.1-i dəstəkləyən ilk cihazdır. Bu texnologiyanı təsdiqləyən ilk aksessuar isə Gear S saatlarıdır.

Samsung Gear S

BT 4.1 özündən əvvəlki modellərdə olan bütün protokolları ehtiva etməklə bir neçə prinsipial imkanlara da malikdir. Birinicis, bu məsafənin tənzimləmələrdən bir neçə on metrə çatdırılaraq genişləndirilməsidir. Ikincisi, müraciət üçün IP protokol istifadə edilir. Daha doğrusu cihaz artıq öz unikal ünvanına malikdir. Bu isə onun bu cür müxtəlif cihazlarla əlaqəsinə imkan verir. Bunun vasitəsilə Gear S saatları ilə əlaqə yaradılmışdır. Telefon zəngini saatda qəbul edə bilərsiniz. əlaqə ikitərəflidir və smartfonla saat bir birinin qarniturası kimi çıxış edə bilirlər. Standartın keçmiş versiyalarında bu mümkün deyildi.

Texniki cəhətdən Bluetooth və LTE-nin qarşılıqlı işləməsi yaxşılaşdırılmışdır. Belə ki, heç biri digərinə müdaxilə etmir, bir cihaz daxilində hər iki texnologiyanın sinxron işi gedir. Bluetooth indi şərikini qabaqlayaraq əvvəllər vacib olduğu kimi nece deyərlər buluda dönərək öz nəticələrini birbaşa ötürə bilər. Ancaq nəzərə asaq ki, Note 4 aksessuar yox əsas cihazdır onda bunun ele də aktual olmadığını deyə bilərik.

USB-bağlantısı. USB 2.0 isitifadə edilməsi Galaxy Note 3/S5-dəki kimi məlumatların ötürülmə sürətinin 45Mb/san deyil 20 Mb/san ətrafında olmasına səbəb olmuşdur. Bu cihazlardada nəzəri deyil real nəticənin göstəricisidir. Telefonu qoşduğunuz əməliyyat sistemi, kompyuterin növünə görə bu nəticələr fərqlənə bilər. Fərq həm müsbət, həm də mənfi ola bilər.

MicroUSB dəliyi həm də MHL, standartını dəstəkləyir. Bu o deməkdir ki, siz xüsusi kabeldən istifadə edərək telefonunuzu HDMI girişi olan televizora qoşa bilərsiniz. Bu standart microUSB vasitəsilə HDMI qoşula bilməni göstərir. Bu telefonun korpusunda xüsusi HDMI dəlik olmasından daha yaxşıdır.

LTE ilə məlumatın ötürülməsinin maksimal sürəti 150 Mbit/saniyədir.

Wi-Fi. 802.11 a/b/g/n/ac standartı dəstəklənir. Seçilmiş şəbəkələri yadd saxlamaqla avtomatik onlara qoşulmaq olar. Ruterə bir toxunuşla qoşulmaq olar. Bunun üçün ruterdə klavişi və cihazdın menyusunda (WPA SecureEasySetup) analoji klavişi aktivləşdirmək lazımdır. Zəif olanda və ya siqnal yoxa çıxan zaman konfiqurasiya sehrbazı (configuration Wizard tamamlayıcı bir opsiya kimi ortaya çıxır. Həmçinin Wi-Fi –ın cədvəl üzrə işləməsini quraşdırmaq olar.

Wi-Fi Direct. Bu protokol Bluetooth-u əvəz etmək və onun üçüncü verisiyası ilə (qeyd edək ki, o böyük həcimli faylların ötürülməsi üçün Wi-Fi n versiyası istifadə edir) rəqabət aparmaq üçün yaradılıb. Wi-Fi konfiqurasiyasında Wi-Fi Direct bölməsini seçirik və telefon ətrafdakı cihazları axtarmağa başlayır. Lazım olan cihazı seçib onda əlaqəni aktivləşdirməklə fayl menecerdə olan fayllara digər cihazlarda baxmaq və onlara ötürmək olar. Digər variant isə sizin ruterə qoşulan cihazı tapmaq, onlara lazım olan faylları qalereya və ya digər telefonun bölmələrindən ötürməkdir. Qarşı cihaz da mütləq Wi-Fi Direct dəstəkləməlidir.

NFC. Cihazda NFC texnologiyası vardır. Onu müxtəlif tamamlayıcı proqramlarla istifadə etmək olar.

S Beam. Bu texnologiya cəmi bir neçə dəqiqə ərzində bir neçə qiqabayt ölçüsündəki faylları digər telefona ötürməyə imkan verir. Faktiki olaraq biz S Beam-də iki texnologiyanın kombinləşməsini görə bilərik– NFC və Wi-Fi Direct. Birinci texnologiya telefonları bir araya gətirmək və avtorizə etmək, ikinci texnologiya isə faylların özünü ötürmək üçün istifadə edilir. Wi-Fi Direct istifadə ediləsi üçün yaradılmış bu üsul hər iki cihazda qoşularaq faylları seçmək və s-dən daha rahatdır.

IK Port. İstənilən məişət cihazının pultu kimi istifadə etmək imkanı verir. Praktiki olaraq bütün texnika modelləri üçün avtomatik quraşdırılır.

Kamera

Keçən ilki vəziyyət təkrar olunur: belə ki, Note 3 öz kamera modulunu Galaxy S4-dən götürərək bəzi proqramların tətbiqi ilə bir az daha yaxşı şəkil çəkməyə nail olmuşdu. Note 4 isə öz kamera modulunu Galaxy S5-dən götürmüşdür -16 meqapikselli ISOCELL texnologiyası ilə matrista.

Istənilən halda Samsungun smartfon modelləri kamera cəhətdən hətta Apple şirkətini çoxdan geridə qoymuşdur.

Texniki xarakteristika baxımından optik stabilizasiyanı çıxmaq şərtilə kamera dəyişilməmişdir

Matris həndəsəsi 16:9, pikselin ölçüsü əvvəlki kimi – 1.12 mikron, bununla bərabər F/2.2, olsa da bu bazar üçün qeyri adilik yaratmır. Fokus məsafəsi baxımından 35 mm üçün 31 mm təşkil edir. USO konfiqurasiyası əl ilə edilən zaman 100-dən 800-ə, avtomatik edilən zaman isə 50-dən 1600-ə qədərdir. Kamera interfeysi sadələşdirilmişdir. Siz əsas ekranda öz yarlıqlarınızı quraşdıra bilərsiniz. əsas konfiqurasiyalar olan sətir menyudan çağırılır və yalnız tərkar toxunuşla bütün siyahını ikonlar şəklində açılır.

 

Galaxy S5 ilə kamera modulları eyni olması müqayisə edilən keyfiyyəti təmin etməlidir. Özünüz şəkillərin müqayisəsinə baxın. Onlar demək olar ki, keyfiyyət baxımından eynidirlər. Note 4-ün şəkilləri digərindən ele də böyük fərq olmasa da yaxşıdır.

Galaxy Note 4

Galaxy S5

Qaranlıqda çəkilən kadrların müqayisəsi isə tamamilə başqa məsələdir. Görünür ki, Note 4-də çəkilişin keyfiyyəti daha da yaxşılaşmışdır. S5-dən fərqli olaraq o gözləmə olmadan bir anda çəkir.

Galaxy Note 4

Galaxy S5

Lakin tam qaranlıqda onun şəkilərinin Lumia 930, Sony Xperia Z3 ilə çəkilmiş kadrlarla müqayisəsində görmək olar ki bu cihazlar daha yaxşıdırlar. Onların çəkmiş olduğu şəkillərdə kağız üstündə olan yazıları oxumaq olur, Note 4-ün çəkdiyi şəkildə isə yazılar ləkəlidir.

Nokia Lumia 930

Sony Xperia Z3

Samsung Galaxy Note 4

Samsung Galaxy S5

Nəzərə alsaq ki, çox istifadəçi şəkil çəkən zaman işıqda çəkir onda qaranlıqdakı çəkilişin üzərində bir o qədər dayanmağa dəyməz. Çünkü işıqda bu chaz digərlərindən daha yaxşı çəkiliş edir. Bu nəticə həm Apple smartfonları və həm də Android flaqmanların nəticəsindən nəzərə çarpan dərəcədə yüksəkdir.

Əvvəlki cihazlardan tanış olan «Rejim» düyməsi öz daxilində yenə də eyni konfiqurasiyaları ehtiva edir. Bu Retush, hərəkətdə olarkən çəkiliş, panorama, ikili kamera, dairəvi panorama, səs və foto seçimləridir.

Əsas yeniliklərdən biri tamamlayıcı effektlərin Samsung mağazalarından almaq mümkün olmasıdır. əvvəlki versiya cihazlarda olan effektlər pulsuz, yeniləri isə satışda olacaq. Kompaniyanın SDK açması xoş haldır. Bu isə o deməkdir ki, kamera üçün effektləri digər kompaniyalar da yarada bilərlər. bununla biz maraqlı tənzimləmələrə şahid ola biləcəyik yəqin ki.

Çəkilişin maksimal imkanı – UHD (3840х2160; 16:9), hazır formada isə FullHD-dir ki (1920x1080; 16:9) onu işlətməyə dəyər (həmçinin ekran ölçüsündə 2560х1440 pikseli WQHDmövcuddur).

FullHD üçün siz və ondan aşağı imkanlar üçün çəkilişin müxtəlif sürətlərini seçmək olar. Məsələn, üzən hərəkət, bu zaman kadrda olan gərilmələr hamarlaşır, mikrofonda səsyazma gedir.

Yavaşıdılmış hərəkətin sürəti 1/2, 1/4, 1/8 ola bilər. Mikrofondan səsyazma mümkün deyil.

Ön kameradan da danışmaq olar. Selfie etməyi xoşlayanlar üçün kamreanı 3.7 meqapiksel ölçüsündə düzəldiblər. Çəkilişi həm ekrana toxunuşla, həm də nəbz ölçən sensora toxunmaqla da eymək olar. Beaty rejimində çəkilən Selfie-lərə baxaq :

S Pen stilusu və ya lələyin yeni imkanları

Əsas fərqlərdən biri daxili stilusdur ki, o şəkildə çox yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verir. Rəsm çəkməyi doğurdan da bacaranlar üçün onunla işləmək çox əyləncəli olacaq.

S Pen-in işləmə Note 3-dəkinə nisbəti demək olar ki dəyişməyib. Əvəzində lələyin özü dəyişilib, rezeksiyaları peyda olub ki bu da onu əldə tutmaq üşün daha rahat edir. Bununla bərabər çəkisi və ölçüsü eyni olaraq qalmışdır. Note 4 ekranında istifadə etmək üçün əlavə olaraq MontBlanc qələmləri əldə etmək olar.

Qələmin həssaslığını iki dəfə artırıblar. Təkcə ekrana toxunuş dəstəklənmir, həm də ekran ona toxunuşun gücünü hiss edir. Istifadə etdikcə hiss olunur ki, S Pen əla işləyir.

S Pen-i çəkib çıxaran kimi kontekst menyu peyda olur. Birinci bənd aktiv qeydlərdir, ona təkcə əllə qeydlər daxil etmək deyil həm də zəng etmək üçün, müəyyən edilmiş nömrəyə SMS göndərmək, elektron məktub göndərmək üçün yaddaş qeydi yaratmaq mümkündür. Bu zaman lazım gələn vaxtda o sizi lazım olan proqrama atır. Həmçinin, müxtəlif şablonlar və s. də mövcuddur.

Kontekst meyunun digər bəndləri- screenshot edilmiş ekranda olan şəkil üzərində qeydlər etmək, qələm və karandaşları müxtəlif cür seçmək olar, seçilmiş rəngləri növbəti dəfələr üçün yadda saxlaya bilərsiniz.

Daha bir funksiya ekranda olan şəkilin bir hissəsini kəsə bilərsiniz. Məsələn, lazım olan web səhifəni yadda saxlamaq üçün. Şəkillərdə yazıların tanınması xoşdur. Yazılar həm ingilis, həm rus dilində ola bilər. yadda saxlamaq üçün təkcə düzbucaqlı şəklində deyil, həm də qarfiki redaktorlarda olduğu kimi maqnit lasso ilə seçə bilərsiniz. Bütün qeydləriniz albomda saxlanılır. Bu qeydləri anındaca istifadə etmək və ya lazım gələnə qədər saxlaya bilərsiniz. Proqramın adı da elə burdan “Kəsintilər albomu” adlanır.

Note 3-də olan diaqramların yaradılması funksiyasını çox təəssüf ki bura daxil etməyiblər.

Note 4 ekranda qeydlər aparan, şəkil çəkən istifadəçilər üçün alternativi olmayan bir smartfondur.

Note 4-ün proqram özəllikləri

Samsung bu modelində Galaxy S5-də mövcud olan TouchWiz yenilənmişdir

 

Android 4.4.4 versiyası gözləmə rejimidə OK Google komandasına cavab verir. Həmçinin uşaq rejimi mövcuddur. Onun necə işləməsinə S5 timsalında baxmaq olar.

S Health proqramı üzərində ciddi cəhdlə işləyinlər. Siz onunla nəinki öz addımlarınızı, nəbzini ölçə bilərsiniz, hətta stresin səviyyəsini, qanın oksigenlə təmin olunma səviyyəsini, ultrabənövşəyi şüaların dərəcəsini ölçə bilərsiniz. Bəziləri üçün bunlar tamamlayıcı və qeyri funksional görünsə də əsilndə maraqlıdır.

 

Diktofonu üç mikrofon əsasında və ayrı ayrı insanların müsahibə və toplantı şəklində danışıqlraını yaza bilən şəkildə dəyişiblər. Doğurdan da işləyən kifayət qədər maraqlı opsiya sayıla bilər.

Təəssüf ki, multimedia olaraq FM-radio mövcud deyil. Samsung bütün əsas məhsullarında ondan imtina etmişdir. Musiqi pleyeri dəyişilməz qalmışdır. Videonu ötürərkən kadrlarla izləmək imkanı yaradılıb. Həmişə olduğu kimi video və audio üçün bütün mövcud kodeklər yerləşdirilmişdir.

 

Təəssüratlar

Güclü zəng cəhətdən bu smartfon bazarda ən yaxşılardan sayıla bilər. Həm də səsin ötürülməsi keyfiyyəti üzərində işlənilmişdir. Opratordan asılı olan HD Voice dəstəklənir. Vibrozəng orta gücdə sayıla bilər.

Smartfonun Bakıda olan qiyməti 900 AZN-dən yuxarıdır.

 

Note xəttinin modelləri yaddaş kartı ilə təmin oluna bilir ki, bu da bəzilərinin fikirləşdiyi kimi telefonun böyük olan öz yaddaşından daha çox məlumatlar saxlamağa imkan verir. 128 Gb olan yaddaş kartı sizin telefonda Apple 6 Plus-dan daha çox məlumat saxlamağınızı təmin edəcək.

Həmçinin MontBlanc-dan aksessuarlar, 245 dollar qiymətində olan ikivariantlı örtük əldə edə bilərsiniz.

 

Telefonun qiymətindən lap az fərqli qiyməti olan stilus da ala bilərsiniz. Onu da iki variantda hazırlayıblar.

Bu cür aksessuarların peyda olması əlbəttə ki zəngin həyatını göstərmək istəyənlər üçündür deyə bilərik. 

 

Rəylər
Son 24 saatda: 0 elan
Son 1 həftədə: 1 elan
Son 1 ayda: 48 elan