Xəbərlər -> LG V10

Xarakteristikası

  • Sinifi : şirkətin flaqmanı
  • Form-faktoru: monoblok
  • Korpus materialları: plastik, şüşə, polad
  • Şəbəkə : GSM/EDGE, WCDMA, LTE Cat 9, iki SIM-kart (nanoSIM)
  • Ekran: IPS LCD (IPS Quantum), 5.7” əlavə sahə ilə daimi, həcmli, 2560x1440 piksel (QuadHD), 513 ppi, işıqlanma səviyyəsinin avtomatik tənzimlənməsi, Gorilla Glass 4 şüşəsi, ekranın 160x1040 piksel ölşüsündə tamalayıcı sahəsi
  • Platforma : Qualcomm Snapdragon 808 (MSM8992)
  • Prosessor : dördnüvəli 1.44 GHz (Cortex-A53) və ikinüvəli 1.8 GHz (Cortex-A57)
  • Qrafiki sistemi: Adreno 418
  • Operativ yaddaşı: 4 Gb
  • Verilənlərin saxlanılması üçün yaddaş: 64 Gb, 2 Gb həcmində microSD dəstəkləyir
  • Əməliyyat sistemi: Android 5.1 Lollipop, LG UX 4
  • Interfeysləri : Wi-Fi (a/b/g/n/ac), Bluetooth 4.1 (A2DP, LE, apt-X), enerji yükləmə və sinxronizasiya üçün microUSB (USB 2.0) və 3.5 mm qarnitura üçün yarıq, NFC, İQ-port
  • Əsas kamera : 16 Mp, f/1.8, sensorun ölçüsü 1/2.6”, lazer fokuslama, görüntül\rin üç ox üzrə optik stabilizasiyası (OIS), color spectrum sensor, LED flaş
  • Ön kamera: 5 Mp, f/2.2 (iki modul)
  • Naviqasiya: GPS/Glonass (A-GPS dəstəyi)
  • Əlavə: FM-radio, Hi-Fi DAC Sound, barmaq izləri üçün skaner
  • Sensorlar: akselerometr, məkanda mövqe sensoru, işıqlanma sensoru, giroskop, barometr
  • Batareya : çıxarıla bilən , Li-Ion, tutumu 3000 mAh
  • Ölçüləri : 159.6 x 79.3 x 8.6 mm
  • Çəkisi: 192 qram

Mövqeyi

LG şirkəti yeni flaqmanlarında qəribəliklərə imza atır. LG G2 flaqmanından başlayaraq şirkət smartfon bazarına əla modellər çıxarır. LG G2 balanslaşdırılmış, displeyin ölçülərinə görə kompakt olan nazik çərçivələrə və heç də pis olmayan kameraya malik bir model idi. LG G3 və LG G4 modellərində isə şirkət əvvəlki modellərdə olan səhvlərini düzəldərək Apple, Samsung, Sony, HTC kimi rəqiblərindən geri qalmayan flaqmanlar yaratdı. Lakin istənilən halda Cənubi Koreyalı bu şirkət Samsung şirkəti ilə rəqabətdə qalib gələ bilmir. Belə ki, onun flaqmanları bazarda gözlənilən qədər satışa malik deyil. Şirkətin yeni flaqmanı LG V10 daha da iriləşib və əlavə ekran ilə təmin edilib. Qalan digər xüsusiyyətləri isə LG G4-ü xatırladır.

Dizaynı və korpusun materialları

Xarici görünüşcə LG V10 bazarda olan smartfonlardan xeyli fərqlidir. Əvvəla o LG G4 və şirkətin əvvəlki modellərinə oxşamır, ikincisi isə o qətiyyən  Apple iPhone-nun dizaynının surəti deyil. Dizayn baxımından smartfon tamamilə özünəməxsusdur. Bu özünəməxsusluq əlavə effektlərin sayəsində mümkün olmuşdur.

 

Smartfonun ön paneli hal hazırda praktikada mövcud olana zidd olaraq tamamilə şüşədən deyil, yuxarı və aşağı sahələrdə plastikdəndir. Çıxarılabilən qapağı xarici tərəfdən şirkətin model işarəsi ilə  işlənmişdir. Kauçukdan bu cür istifadə sayəsində telefon əldə daha rahat dayanır, üzərində izlər və cızıq saxlamır, həmçinin zərbənin müəyyən hissəsinin qarşısını almışdır. Smartfonun sağ və sol kənarları yüksək dözümlülüyü olan poladdan hazırlanmışdır.

Smartfon beş rəngdə təqdim edilmişdir. Ağ və bej rəngli cihazların ön paneli də eyni rəngdə olmaqla ətrafındakı polad qızılı çəhrayı rənglidir. Açıq mavi və tünd göy rəngli modellər analoji panellər və qızılı rəngdə polad kənarlara malikdir. Qara rəngli model isə qara rəngli panel və rəngsiz polad kənarlarla işlənmişdir

Smartfonlar arasında onların görünüşündə olan adi bir fərqliliyin belə həmin smartfonu önə çəkməsi faktını dana bilmərik. Samsung və Apple şirkətlərinin son modelləri xarici görünüş baxımından özlərini təkrar edirlər. Çinli istehsalçılar isə Apple şirkətinin və ya bir-birinin dizaynlarını  tətbiq edirlər ki, bu da istehlakçılar arasında xoş qarşılanmır. Bu cür dizayn təkrarlarını nəzərə aldıqda LG şirkətinin özünün G4 və V10 modellərində fərqlilik etdiyini adın görmək olur.

Yığımı

Demonte quruluşuna baxmayaraq LG V10 əla yığılmışdır. Örtüyü korpusa yaxşı yerləşdirilmişdir, heç bir boşluğu yoxdur. Bununla bərabər onu cəmi bir neçə saniyəyə çıxarmaq olar. Arxada üç klavişli blok da möhkəm yerləşdirilmişdir.

Ölçüləri

Ölçüləri haqqında sadəvə smartfon böyük və ağırdır demək olar. əgər siz bir neçə müddətdir ki  5.5'' diaqonallı cihaz işlədirsinizsə onda bu smartfonu əlinizə aldıqda onun ağırlığını dərhal hiss edəcəksiniz. Smartfon az qala 200 qr ölçüyə malikdir ki, bu müasir smartfonlar üçün xarakterik deyil. Smartfonun ağır olamsı kimi üçün müsbət, kimi üçünsə mənfidir. LG V10 ölçülərini təsəvvür etmək üçün digər flaqmanlara diqqət yetirək:

  • Apple iPhone 6 Plus (5.5'') – 158.2 x 77.9 x 7.3 mm, 192 qram
  • Samsung Galaxy Note 5 (5.7'') – 153.2x76.1x7.6 mm, 171 qram
  • LG V10 (5.7'') – 159.6 x 79.3 x 8.6 mm, 192 qram
  • LG G4 (5.5'') – 148.9 x 76.1 x 9.8 mm, 155 qram
  • Meizu Pro 5 (5.7'') – 156.7 x 78 x 7.5 mm, 168 qram
  • Xiaomi Mi Note (5.7'') – 155.1 x 77.6 x 7 mm, 161 qram



HTC One E9 Plus ilə müqayisədə

Samsung Galaxy Note 5ilə müqayisədə

Meizu Pro 5 ilə müqayisədə 

Tək əldə işləmək üçün LG V10 rahatddır demək olmaz. Smartfonun ölçülərinə və çəkisinə öyrəşmək bir neçə gün çəkə bilər.

İdarəetmə elementləri

LG G2, G3 və G4-də olduğu kimi üz paneldə və kənarlarda heç bir klavişi yoxdur.əsas kameranın ətrafında üç düymə yerləşdirilmişdir. Mərkəzi klavişə həmçinin barmaq izi üçün skaner yazılmışdır. LG-nin düymələri qapaqda yerləşən modellərinə öyrəşməyənlər üçün bu biraz narahat ola bilər.

Iki üsul ilə ekranının kilidini aça bilərsiniz- cihazın arxasında analoji düyməni basmaqla və ya ekrana iki dəfə vurmaqla. Bu zaman sistem ideal işləyir.

KnockCode kilidi açma sistemi bu modeldə də qalmışdır. Displeyin istənilən hissəsində iki dəfə dördhissəli kvadratda bu hissələrə ardıcıllıqla toxunduqda smartfonun kilidi açılacaqdır. Bu smartfonu təhlükəsizliyini təmin etmək üçündür. Gözləmə rejimində LG V10-un səs klavişləri üçün müəyyən funksiyalar qoşulmuşdur. Səs klavişini iki dəfə yuxarı basmaqla gözləmə rejimində kameranı açmaq, iki dəfə aşağı basmaqla isə əlyazma qeydləri işə salmaq olar. Təəssüf ki, bu klavişə digər funksiyalar təyin etmək mümkün deyil.

Barmaq izləri üçün skaner dəqiq işləyir və beş barmaq izi əlavə etmək mümkündür.

Skanerin iki çatışmazlığı mövcuddur. Birincisi ekranın kilidinin açılmasının özü barmaq izi ilədir. Huawei, Xiaomi və digər şirkətlərin modellərində sadəcə skanerə toxunmaq kilidi açmaq üçün kifaət edirsə bu modeldə isə kilidi açmaq üçün isə həm də klavişə basmaq lazımdır. Adi toxunuşda ekran açılmır. Ikincisi isə hər bir barmaq üçün yalnız bir iz götürür. Bu onu qeyri dəqiq edir. Digər smartfonlarda isə bir barmaq üçün beşə yaxın iz skan etmək mümkündür.

V10 modelində də ekranda aşağı hissədə yerləşən klavişlər LG ənənəsi ilə yerləşdirilmişdir. Belə ki Geriyə klavişi Androidlərdə olduğu kimi solda deyil daha rahat olan sağ tərəfdədir. Həmçinin aşağıda yerləşən bu panelə yuxarıdan açılan pərdə üçün klaviş əlavə etmək mümkündür. Ekranın böyüklüyünü nəzərə alanda bu ağıllı düşünülmüş addımdır. Həmçinin aşağıda olan bu panelin görünüşünü, rəngini və parlaqlığını dəyişmək mümkündür.

G4-də olduğu kimi burada da jestlər sistemi reallaşdırımışdır.

  • Bluetooth-qarnitura qoşulu olduğu halda belə siz zəng gələrkən telefonu qulağınıza tərəf aparmaqla ona cavab verə bilərsiniz.
  • Hər hansı səthdən qaldırılan zaman gələn zəngin səsi avtomatik aşağı salınır.
  • Zəng gələn zaman siz telefonu üzü aşağı çevirməklə onu səssiz rejimə sala bilirsiniz.
  • Zəngli saat siqnalını telefonu çevirməklə söndürə və ya təkrar etdirə bilərsiniz.
  • Videoya baxan zaman telefonu çevirirsinizə avtomatik fasilə olacaqdır.

Yuxarı kənarda İQ port və əlavə mikrofon yerləşir. Aşağı kənarda isə microUSB-oyuq, qulaqcıq üçün 3.5 mm mini-cek, əsas mikrofon və dinamik yerləşmişdir. Kamera,  səs və açmaq üçün klavişlər smartfonun arxasındadır. Yan kənarlardə hər hansı element yoxdur.

Yuxarı hissədə üz tərəfində danışıq dinamiki, işıq sensoru, işıq indikatoru, iki kamera modulu və yaxınlıq sensoru yerləşir. V10-da işıq indikatorunu gələn və buraxılmış zənglər və ismarıclar, enerji və proqram bildirişləri üçün aktiv edə və ya deaktiv edə bilərsiniz.

Smartfonda akkumulyator və qapaq çıxarılabiləndir. NanoSIM formatlı SIM –kart üçün vı yaddaş kartı üçün slotlar akkumulyatordan üstdə, əsas kamera modulundan sağda və solda yerləşir.

Ekran

LG V10-da IPS Quantum- IPS matris əsasında 5.7'' diaqonallı ekran tətbiq edilmişdir. Əlavə ekranın imkanı 160x1040 piksel, 2.1'' diaqonaldır.

Displey Gorilla Glass 4 qoruyucu şüşəsi ilə örtülüdür və oleofobik örtük keyfiyyətinə malikdir.

Xarakteristikaları barədə danışaq. Displey yüksək dərəcədə parlaqlıq ehtiyatına malikdir. Baxış bucağı maksimaldır, belə ki, ekranı diaqonal istiqamətində əysək belə displeydəki rəsmin görünüşündə heç bir kənara çıxma olmur. Ekranın avtomatik işıqlanma sistemi akkumulyator daha çox işləsin deyə bəzən az işqılansa da gündüz vaxtı onun işinə söz ola bilməz. IPS-matris əsasında olan ekranlar arasında ən yaxşılarından biridir.

Baxış bucaqları

Ekranın əlavə sahəsi adətən yuxarıda status sətrində əks olunan vaxt, tarix, akkumulyatorun enerji səviyyəsi, hava proqnozu işarəsi kimi informasiyaları göstərmək üçün istifadə edilib. Bu istifadə üçün çox rahatdır. Ən əsası isə həm işlək əsas ekranda, həm də aktiv olmayan əlavə ekranda bildirişlər çıxır. İnternetdə məqalə oxuyarkən və ya WhatsApp-da danışarkən, mesaj yazarkən və s. zamanı gələn bildirişlər sizi narahat etməyərək əlavə ekrana düşür.

Parlaq günəş altında istisna olmaqla ekran sönük olarkən onun üzərində olan informasiya qənaət rejimində olmasına baxmayaraq normal oxunur.

əlavə sahədə daha çox istifadə etdiyiniz yarlıkları yerləşdirə, həm də istənilən yazı yaza bilərsiniz.

Ilk baxışdan ekranın bu əlavə sahəsi şirkətin reklam tələsi kimi görünsə də smartfonu istifadə etdikcə digərlərində olmayan bu sahə istifadəçinin rahatlıq baxımından xoşuna gəlməyə bilməz.

Kamera

LG М10-un əsas kamerası LG G4-ün kamerası ilə eyni xarakteristikalara malikdir. 16 Mp kamera, üç ox üzrə optik stabilizasiya (OIS 2.0),lazer fokuslama sistemi,flaş,  f/1.8 diafraqma və işıq spektrı sensoru ilə təmin edilmişdir. Bu sensor kadrda işıq ötürülməsinin daha dəqiq müəyyən edilməsi, flaş işə düşən zaman ağın balansının korrektə olunması üçündür.

Həmçinin kamera kadr tezliyi 120 fps. olan, 4k (3840x2160 piksel) keyfiyyətinə malik olan video şəkilişlər edir.

LG V10-da sadə, baza və manual olmaqla üç çəkiliş rejimi var. Sadə rejimdə ekranda heç bir element olmur və siz ekranın istənilən yerinə toxunmaqla çəkiliş edirsiniz.  

 

Baza rejimində bütün parametrlər əks olunur.  Çəkiliş üçün klavişə basmaq lazımdır. Çəkilişin imkanlarından tutmuş çəkiliş rejiminə qədər istənilən parametri dəyişmək olar.

Nəhayət üçüncü manual rejim zamanı siz çəkilişi avtomatik parametrlərlə lakin eyni anda iki fayl- RAW (DNG genişlənmiş forması) və JPEG yarada bilərsiniz. Və ya bütünlüklə manual rejimdə işləmək olar. Ikinci halda ağın balansını tənzimləmək, İSO, ekspozisiya və fokus məsafəsini tənzimləmək olar. Manual rejim o qədər xırda detalları da nəzərdə tutur ki, onların hamısından istifadə o qədər də vacib deyil.

Manual rejim həm də çəkilişin parametrlərini dəyişməyə, səs yazılması üçün çəkilişdə mikrofonu tənzimləməyə imkan verir.

Avto rejimdə gecə və gündüz smartfonun özünün tətbiq etdiyi parametrlərlə şəkil çəkərək yüksək nəticə ala bilərsiniz. Smartfon günəşli gündə küçədə, həmçinin kölgədə, işığın az olduğu yerdə də çəkilləri yüksək keyfiyyətlə çəkir.

 

 

LG G4-də olduğu kimi V10-da nəzərəçarpacaq Boke effekti ilə  şəkillər çəkə bilərsiniz. Arxa fonun bulanıqlığı əsl rəssam əsrində olduğu qədər olmasa da kadra dərinlik verəcək qədər olacaq. 

 

 

Həm gecə, həm də gündüz istər manual istərsə də avto rejimdə eyni kadrı bir neçə dəfə çəksəz yüksək nəticələr ala bilərsiniz.

Avto rejimində gecə çəkilişi

 

Avto rejimi                                              Manual rejim

 

LG V10-da kamera çəkilişlərin keyfiyyətinə və öz imkanlarına görə LG G4-də olduğu kimidir. Daha doğrusu hal hazırda smartfonlar üçün olan ən yaxşı kamerlaradan birinə sahibdir. Hər iki smartfonda müqayisə edilsə fotolarda optika parametrlərində və alqoritmin işlənməsində fərq olsa da keyfiyyətlərində fərq yoxdur.

Video çəkilişin maksimal keyfiyyəti  4k-ya (3840x2160 piksel) yaxın, standart – FullHD (1920x1080), bununla bərabər saniyədə 30 və ya 60 kadr çəkmək sürəti, 120 fps-ə qədər sürətli çəkiliş vardır. videoçəkiliş zamanı izləyici avtofokus işə düşür.

Ön kamera hər biri 5 Mp iki modul və iki rejimə malikdir.  Rejimlərin birində bir kamera digərində isə geniş baxış bucağı olan çəkiliş etmək üçün iki kamera da işləyir. Məsələn çoxnəfərlik selfi çəkdiyiniz zaman ikinci rejimdən rahatlıqla istifadə edə bilərsiniz.

 

 

Avtonom iş

LG V10-da eynən LG G4-də olduğu kimi çıxarılabilən 3000 mAh həcmli Li-Ion akkumulyator quraşdırılmışdır.  

Saat yarım danışıq, 10-20 mətn ismarıc, Gmail, 3-4 saat musiqiyə qulaq asmaq, 1-2 saat ərzində mobil interneti aktiv işlətməklə smartfon bütün günü işləyir. Daha iri displey, daima işıqlanan əlavə ekran sahəsinə malik olmağına baxmayaraq V10 LG G4-dən az da fərqlənsə daha çox işləyir.

Enerji səviyyəsi 5-dən yəni 15 %-dən aşağı düşdükdə siz enerjiqoruyucu rejimi işə sala bilərsiniz. Bu rejimdə parlaqlıq azalır, Bluetooth , Wi-Fi, vibrasiya, xidmətlərin avtosinxronlaşması və işıq indikatoru deaktiv edilir.

Platforma və yaddaşı

Smartfon tezliyi 1.44 GHs olan (Cortex-A53) dördnüvəli və tezliyi 1.8 GHs olan ikinüvəli (Cortex-A57) Qualcomm Snapdragon 808 (MSM 8992) platformasında qurulmuşdur. Qrafiki altsistem  (GPU) – Adreno 418-dir. Cihazın 4 Gb öz yaddaşı, 64 Gb quraşdırıla bilən yaddaş imkanı, microSD yaddaş kartı oyuğu var.

Qualcomm 808 platforması smartfonun işinin səmərəliliyinin yüksək səviyyəsini,təmin edir. Bununla bərabər işləmə yükü çox olduqda 810 platformasındakı olduğu kimi qızmır.

Testlər

LG V10-un ümümilikdə işləmə sürəti yüksəkdir. Smartfon əksər vəziyyətlərdə sakit və tutulmasız işləyir. Aşağıda müxtəlif bençmarklarda smartfonun keçdiyi testlər göstərilmişdir.

Interfeysləri

Smartfon bütün şəbəkələrdə-GSM, HSDPA və LTE-də işləyir. Smartfonda bir radiomodul və iki SIM kart oyuğu var.  

 

USB. PC ilə sinxronlaşma və faylların ötürülməsi üçün komplekt microUSB kabel istifadə olunur. Interfeysi USB 2.0-dir.  USB-OTG və USB-Host standartlarını dəstəkləyir. Yəni smartfona ötürücü vasitəsilə fotoaparat, fləş kart, və digərlərini qoşmaq olar.

Bluetooth. A2DP, LE (low energy), Apt-X dəstəkləyən Bluetooth 4.1  modulu quraşdırılmışdır.  

Wi-Fi (802.11а/ac/b/g/n). LG V10-da  ikidiapozonlu Wi-Fi modulu istifadə olunur. Istənilən digər müasir Android smartfon kimi bu smartfon da  Wi-Fi (Wi-Fi-router), həmçinin DLNA və Wi-Fi Direct standart5larını dəstəkləyir.

NFC. 2013-cü ildən başlayaraq Android bazalı istənilən flaqman üçün standart interfeys olan NFC  LG V10-da da mövcuddur. Ümumi giriş və əlaqə menyusundan açılır və bağlanır.

Iki SIM-kart

Smartfonda nanoSIM formatlı SIM kart üçün iki oyuq var. Radiomodul bir dənədir, ona görə də birinci sim kartla danışan zaman ikincisi deaktiv olur, gözləmə rejimində isə hər iki kart işləyir.

Hər iki kart məlumatın ötürülməsi üçün istifadə edilə bilər, aktiv olacaq sim kartı parametrlərdən seçilir. Həmçinin hər bir sim kart üçün xüsusi ad seçmək, profil rəngləri quraşdırmaq mümkündür.

 

Ağıllı ünvanlama rejimi ilə sim kartın birini digərinə yönləndirmək olar. Bu onların birinin deaktiv olduğu halda digərinə zənglərin yönəlməsidir.

Naviqasiya

Smartfonda GPS/A-GPS və Glonass dəstəyi mövcuddur. Peyklərin axtarılması üçün minimum vaxt sərf olunur. Digər xüsusi naviqasiya proqram təminatı olmayan Android smartfonu da Google Maps-dən istifadə edir.

Proqram özəllikləri və təminatı

Smartfon Android 5.1 sisteminin idarəsi altında şirkətə aid LG UX 4.0 interfeysi ilə işləyir. Hələ LG G3-də olan UI-yə nisbətən ümumilikdə örtük və parametrlər o qədər də dəyişikliyə məruz qalmamışdır. Xarici cəhətdən interfeys Material Design stili ilə yaradılmışdır.

 

Telefon, ünvan kitabı –smartfonda Smart Dial funksiyası ilə rahat nömrə yığılması mövcuddur. Ünvan kitabına qoşulmadan kontaktı ilk hərflərini yığmaqla tapmaq olar. Axtarış və çeşidləmə funksiyası ilə ünvan kitabı da mövcuddur.

Daxil olan və edilən zəng zamanı abonentin şəkili dairəvi formada ekranın ortasında əks olunur.

Ismarıclar –ismarıcların standart pəncərəsi sizin yazışdığınız kontaktların siyahısından ibarətdir. Daxildə adi qaydada çat stilindədir. Ayrı ayrı şəxslərlə danışmaq üçün fonun rəngini və şəklini seçə bilərsiniz. Ismarıcların yeni və maraqlı xüsusiyyəti isə artıq yazılmış ismarıcın müəyyən vaxtdan sonra təyin edilmiş tarixdə göndərilə bilməsidir.  

Iş masası -ikonlar 5x5 şəklindədir, altı ikona qədər aşağı paneldə ikon yerləşdirmək olar. Iş masasında ekranı səhifələmənin müxtəlif effektləri mövcuddur. Həmçinin ikoların ölçüsünü dəyişmək olar.

Kilid ekranı – burada bir sətrdə yeni bildirişlər və vaxt, aşağı sahədə proqramlara qısa keçid üçün yarlıqlar əks olunur.  Yarlıqlar dəstini parametrlərdən dəyişmək olar. Bu yarlıqların iş masasında aşağı paneldəki kimi olması vacib deyil. 

 

Smartfonda iki ekran rejimi mövcuddur. Bir proqram ekranın yuxarı hissəsində, digəri isə aşağıda əks olunur.

 

Smartfonda fayllara çeşidləyərək ümumi saxlancdan və ya aid olduğu kateqoriyadan axtarmaq üçün fayl meneceri var. Vidget şəklində qoyulmadığı halda hava proqnozu animasiyaslı qrafikaya malikdir. Həmçinin digər interfeys kimi kalkulyator, diktofon, radio da eyni qrafikaya malikdir.

QuickMemo tətbiqi əl ilə mətn qeydləri aparmağa imkan verir.

 

Smart Notice bildirişlərinin də üzərində göstərildiyi saat və hava proqnozu vidgetləri var. Ideya sadədir- istifadəçiyə qısa bildirişlər vasitəsilə hava dəyişikliyi, təqvim hadisələriburaxılmış bildirişlər haqqında məlumat vermək.

LG Health tətbiqi gedilən məsafəni ölçmək, addımların sayını və sərf edilən kalorini göstərmək üçündür.

 

Siqnalı qəbul edilməsi baxımından LG V10-da heç bir şikayət ola bilməz. Bir dinamik istifadə olunmasına baxmayaraq çağırış səsi bir az yüksəkdir. Əksər hallarda o yaxşı eşidilir. Danışıq dinamikinin yüksəkliyi də yaxşı səviyyədədir. Səs küylü yerlərdə normal danışa bilərsiniz. 

Cənubi Koreyalı şirkət LG G4 modelindən sonra daha bir modelini yaratmışdır. LG V10 öz təkrarolunmaz dizaynı və praktik olması ilə də seçilir. Işləmə vaxtına görə öz rəqiblərindən geri qalmır. Əgər siz böyük ekranlı və maksimal xarakteristikaları olan smartfon axtarırsınızsa onda LG V10 sizin üçün yaradılıb deyə bilərik. Bu model bazarda ən yaxşı cihazlardan biridir.

Azərbaycanda bu modeli əldə etmək istəyənlər müvafiq rəsmi dilerlərə müraciət edib sifariş edə bilərsiniz.   

Rəylər
Son 24 saatda: 0 elan
Son 1 həftədə: 0 elan
Son 1 ayda: 10 elan