Xəbərlər -> Samsung Galaxy S6 EDGE

Samsung Galaxy S6 EDGE (SM-G925F)- ilkin baxış

Interyer görüntüləri

 

Çatdırıma komplekti

  • Telefon
  • USB kabellə enerji yükləmə qurğusu
  • Simli stereoqarnitura
  • SIM-kart sancağı
  • Təlimat

Texniki xarakteristikaları

  • Android 5.0.2 (5.1 yayın əvvəlində), son nəsil TouchWiz örtüyü
  • 5.1 dyum, SuperAMOLED-ekran, 577 ppi, 2560х1440 piksel, parlaqlığın avtomatik tənzimlənməsi
  • Exynos 7420 çipseti, 8 nüvəli (4 nüvə А53, 4 nüvəА57), maksimal takt tezliyi 2.1 GHs, 64 bit
  • MALI-T760 qrafiki prosessor
  • 3 Gb LPDDR4 operativ yaddaşı, yaddaş kartı yoxdur
  • 32/64/128 Gb daxili yaddaş, UFS 2.0
  • 5 meqapikselli frontal kamera, əsas kamera 16 meqapiksel, OIS, True HDR, təqib avtofokusu, F 1.9, İQ-sensorla ağın balansını təyin edilməsi, Pro çəkiliş rejimi
  • Samsung Pay ödəniş sistemi
  • Wi-Fi: 802.11 a/b/g/n/ac (2.4/5GHz), HT80 MIMO(2x2) 620Mbps, Dual-band, Wi-Fi Direct, Mobile hotspot, Bluetooth®: v4.1, A2DP, LE, apt-X, ANT , USB 2.0, NFC, məişət texnikasını iadrə etmək üçün IR-port
  • LTE cat.6
  • Simsiz enerji yükləmə,korpus daxili(WPC1.1(4.6W Output) & PMA 1.0(4.2W)
  • Li-Ion 2600mAh akkumulyator,ekstremal enerjisaxlama rejimi, bir saata təcili enerji yüklənməsi  
  • Ölçüləri – 142.1 x 70.1 x 7.0 mm,  çəkisi – 132 qram

Mövqeyi

Samsung heç vaxt öz flaqmanlarının bahalı variantlarını yaratmağa çalışmasa da Note 4  ilə cüt buraxılan Note EDGE-ni ilk eksperiment saymaq olar. Əslində bu şirkətin əyri kənarlara malik olan flaqmanların nə dərəcədə uğur qazanacağını öyrənmək üçün bir kəşfiyyat idi. Bu əyridə yerləşdirilən xətkeş tamamilə fantaziya məhsulu olub real olmayan ehtiyacdır.

Note EDGE gözlənilmədən populyarlaşdı və Note 4 ilə birlikdə seçilməyə başladı. Qəribədir ki, alıcılar onu unikal xarakterinə görə yox məhz bu cür cihazlar üçün çox yüksək olan qiymətinə görə əldə etməyə çalışırdılar. Belə desək, imic yaradan yüksək qiymət oldu, əyri ekran isə onu daha da məşhurlaşdırdı. Heç bir şirkət bu cür cihaz istehsal etmədiyindən o artıq özündə müəyyən yenilik daşıyırdı.  Bu Samsung  üçün xərcləri artırmadan mənfəəti artırmağa və seçilmək istəyən müştərilərin etibarını qazanmağa imkan verdi. Bu model telefonla fəxr etmək istəyənlər üçün bir variant kimi qəbul edilir.

Kütləvi  S6 flaqmanı ilə də şirkət eyni cür hərəkət edərək EDGE versiyasını hazırladı. Onun ekranının hər iki tərəfini nəzərəçarpmayacaq dərəcədə əyiblər. Bu yetərli oldu ki, modeli tamam başqa kimi qəbul etsinlər. Əgər S6-nı tez-tez  iPhone 6-nın surəti adlandırırdılarsa EDGE haqda belə bir fikir mövcud deyil. Onu özünəməxsus bir model kimi qəbul edirlər.  Xatırladaq ki, fərq yalnız iki tərəfdən əyilmiş ekrandadır. İstənilən halda bu modelin analoqu yoxdur və buna görə də diqqəti özünə cəlb edir. Bu telefonu işləmək üçün rahat model axtaranlar və həm də imic effekti istəyənlər əldə edə bilərlər. 

Samsung daxilində son ana qədər müəyyənləşdirməmişdilər ki,  EDGE qiymət cəhətdən Note modelində olduğu kimi baha yoxsa daha ucuz olsun. Mövqeyinə görə bu telefon kütləvi olmayıb, nadir model hesab olunur. Istifadəçiləri üçün o hədsiz rahatlıq yaradacaq.

Dizayn, ölçüləri, idarəetmə elementləri

Ekranın diaqonalı baxımından telefon kompakt alınmışdır. Ölçüləri – 142.1х70.1х7 mm, çəkisi – 132 qram (müqayisə üçün, S6 – 143.4x70.5x6.8 mm, 138 qram). Əldə rahatdır,  Хорошо ложится в руку, не проскальзывает.

Yan çərçivələri və arxa divarı metaldan hazırlanmışdır.dözümlülülük xarakteristikasına xüsusi önəm verilmişdir, hətta böyük qüvvə ilə onu əymək mümkün deyil. Təqdimatda bunu xüsusi olaraq vurğulayıblar. Samsung qərara gəlib ki, model öz rəngarəngliyi ilə istifadəçilərini ərköyünləşdirməlidir. Buna görə də onu müxtəlif rənglərdə təqdim ediblər. İstədiklərinə nail olmaq üçün arxa divarı rəngləyib Corning Gorilla Glass 4 ilə örtüblər. Eynilə belə bir ayna üz səthini də örtür. Digərləri ilə səhv salmamaq üçün Samsung bu şüşəni dördüncü nəsil adlandırı. Faktiki olaraq o digərlərindən az cızılmasına, yerə dəyən zaman belə böyük bir ekranın şüşəsinin daha davamlı olmasına görə fərqlənir. Ona görə də bu şüşəyə Gorilla Glass 4 adı vermək daha düzgün olardı.

AppleiPhone 6 ilə müqayisə

Şüşənin sayəsində hər rəng metallik görsənir. Sony-də olduğu kimi bu modelin də şüşəsində əl izləri qalır. Lakin o qədər də gözə çarpmır. Güclü işıqlanan yerdə o demək olar gözə görünməsə də otaqda görünür.

S6-dan fərqli olaraq korpusun kəsikləri daha kəskin hiss olunur. Estetik cəhətdən qıcıqlandırıcı bir cəhət də kameranın arxa səthdən millimetr yuxarıda olması, səth ilə bərabər olmamasıdır.

SIM-kart üçün yeri yuxarı küncə köçürüblər. Burda həmçinin mikrofon və məişət texnikasının idarə edilməsi üçün IR-port,  daha bir mikrofon isə aşağı küncdə yerləşir. Aşağı hissədə həmçinin – microUSB-oyuğu (USB 2.0), 3.5 mm qarnitura və qulaqcıq üçün oyuq, dinamik çıxışı yerləşir. Aktivləşdirmə düyməsi sağ yan, səstənzimləyici düymə sol yan tərəfdədir.

Arxa səthdə flaşın yaxınlığında örəkdöyüntüsünü ölçmək üçün sensor yerləşir. O digər funksiyaları da yerinə yetirir. S Health bölməsində həmin funksiyalar göstərilmişdir. Ön paneldə kiziki klaviş vardır ki onun üzərində barmaq izi üçün sensor yerləşdirilmişdir. Barmağı onun üzərinə qoyaraq kilidini açmaq mümkündür.  Həmçinin burada bütün digər modellərdəki kimi iki sensor klaviş yerləşdir. Ekranın üstündə yaxınlaşma sensoru, 5 meqapikselli ön kamera yerləşir.

Marka aksessuarlrdan biri plastik çexoldur. O metallik stildə işlənmişdir. Nümunədəki telefonda o yaşıl rəngdədir.

Oliofob örtüyü olmasa da istehsalçı söz verir ki, tezliklə olacaq. Müsbət cəhətlərdən biri kimi qeyd etmək olar ki, çexolda telefon əl üçün daha rahatdır. Lakin cihazın orijinal görüntüsü itir, onun S6 və ya S6 EDGE olmasını fərqləndirmək olmur. Yan tərəfləri bağlandığından onlar funksionallığını itirir və ya istifadəsi məhdudlaşdırılır.

Çexol, daha doğrusu ekran sizin toxunuşunuzu hiss edir. Onun üzərindən zəngləri cavablandırmaq, mesajlara baxmaq, musiqini idarə eləmək və s. etmək olar.  Bu çox rahatdır, siz kaburanı açmadan mesajınızı görə bilirsiniz.

Cihazın yığılma keyfiyyəti əladır, heç bir şikayət ola bilməz. Telefon müvafiq Sony aparatı, azacıq yerə dəyməkdən şüşəsində çatlar əmələ gələn iPhone 6-dan daha dözümlüdür.  Möhkəmliliyi ön plana çıxarılmışdır ki, buna görə də cihaz çox dayanıqlıdır.

Displey

Ekranın diaqonalı 5.1 dyum, SuperAMOLED, 577 ppi, 2560х1440 piksel, parlaqlığın avtomatik tənzimlənməsi ilə təmin edilmişdir. Bu ən yaxşı Samsung ekranlarndan biridir. Ənənəvi olaraq onda rəngləri istənilən cür - ən parlaqdan tutmuş ən boğuq rəngə qədər tənzimləmək olur. AMOLED-matrisalı modellərdə ekranın işıqlandırılması günəş şüaları altında yüksək dərəcədədir. Bu modeldə isə bu xüsusiyyət daha da artırılmışdır.

Kommunikasiya imkanları

Əgər siz bütün kommunikasiya texnoloji imkanlarınra malik bir apparat istəyirsinizsə onda bu S6/S6 EDGE olmalıdır. Onun imkanlarını təsəvvür etmək üçün sadəcə adlarının siyahısını yazmaq kifayət edir : Wi-Fi: 802.11 a/b/g/n/ac (2.4/5GHz), HT80 MIMO(2x2) 620Mbps, Dual-band, Wi-Fi Direct, Mobile hotspot, Bluetooth®: v4.1, A2DP, LE, apt-X, ANT , USB 2.0, NFC, məişət texnikasını idarə etmək üçün  IR- port .

Yaddaş, operativ yaddaş, performans

Telefon S6-nın surətidir. Ona aid bütün deyilənləri bu modelə də aid edə bilərsiniz.

Cihazın bu günə maksimal 3.2 Gb/san (64 bit) ötürücülük qabiliyyətinə malik olan 3Gb operativ yaddaşı var (LDPPR4). 32, 64, 128  Gb daxili yaddaşı olan variantları mövcuddur. UFS 2.0 yaddaş tipi yazılışın və oxunmanın makksimal sürətini təmin edir. Bu faktiki olaraq  SSD-massivdir. Yaddaş sistemi bu cür iş sürətinə malik olan hələki müqayisə ediləcək bir telefon yoxdur. 

Exynos 7420 çipseti 14 nm ilə işlənən sonuncu nəsilə aiddir. Texniki olaraq bu 8 nüvəli həlldir : 4 nüvə  Cortex-A53, 4 – Cortex A57.  Qrafiki nüvə – Mali T-760 olsa da bu Note 4 versiyasından fərqli yenilənmişdir. Bu da mövcud bütün prossesorlardan ən sürətlisidir ki, yaddaş ilə birlikdə cihazı çox sürətli edir. Cihazın işində hər hansı kəsintidən söhbət belə gedə bilməz.

Sintetik testlərdə nəticələr aşağıdakı kimidir. Bu növ cihaz üçün bu nəticələr ən yüksəkdir.

3DMark testinin nəticələri əladır.

 

Epic Citadel-in necə getdiyinə baxmaq maraqlı olardı. Ilkin testdə təmiz cihazda nəticə saniyədə 60 kadr idi.Təkrar, yüklənmiş halda isə saniyədə 30 kadra qədər nəticə azalır ki bu Galaxy S6-nın səmərəlilik baxımından zəif yerlərindən biridir.

Üçölçülü oyunlarda -Dead Trigger 2, NOVA3, Asphalt 8, Real Racing 3 nəticə 30 -60 kadr/saniyə təşkil edir. Bununla belə siz istifadəçi kimi heç bir tormozlanma ilə qarşılaşmayacaqsınız. Çünki saniyədə 30 kadr belə normal işləməni təmin edir.

GTA sevənlər üçün isə bu oyunu istifadə etmək məsləhət deyil. O MALI qrafikasında görüntü ilə bağlı problemlərlə rastlaşır. Bu oyunun çatışmazlığıdır.

Akkumulyator

Daxili batareya 2600mAh (2550 mAh S6-da) həcmindədir. Yüklənmiş istifadə rejimində iş vaxtı bütöv bir günə bərabərdir. Bu təqribən 2.5 saat ekranın 4G vasitəsilə ötürülən zaman işini təşkil edir. Video 11 saat işləyə bilir.

Bir çoxlarını maraqlandıran batareyanın zəif yoxsa küyfiyyətli olmasını isə cihazı uzunmüddətli istifadə etdikdən sonra biləcəyik. Telefon təcili yükləmə rejimində bir saat ərzində tam enerji ilə yüklənir. Həmçinin o bir neçə simsiz yükləmə formatını dəstəkləyir. Hər şey korpusun daxilində yerləşdirilmişdir.

Adi 2A yükləmə cihazından istifadə etməklə isə onu 2 saata enerji ilə tam yükləmək olar. Bir neçə simsiz yükləmə cihazının formatını dəstəklədiyi üçün siz onun əlinizin altında olan simsiz istənilən vasitə ilə yükləyə bilərsiniz.

Bu modelin Note 4 qədər işləyəcəyini gözləmək yersiz olardı. Lakin bununla bərabər nəticə cihazların eyni dərəcədə yük ilə istifadəsi zamanı iPhone 6-dan daha yaxşı nəticəyə malikdir. Fərq az olduğundan elə də  hiss olunmur.

Kamera

Galaxy S6/S6 EDGE cihazlarında kameralar eynidir, heç bir fərqi yoxdur. Samsung bu modellərdə əvvəlki modellərə xas olan yaxşı nə varsa saxlayaraq, şəkilləri interfeys vasitəsilə daha da yaxşılaşdırıla bilməsi üçün istifadəçilərinə məhz bu kameranı təklif edir. 

Əsas ekranda minimum tənzimləmələr əks olunmuşdur. Vertikal xəttdə çəkilişin müəyyən vaxtla edilməsi (2, 5, 10 saniyə), HDR (HDR Auto, HDR On, HDR Off) rejimi və effektlerin seçilməsi əks olunur. Tənzimləmələr klavişi də vardır ki, ona toxunmaqla birbaşa çəkilişin adi tənzimlənmə menyusunu ekrana gətirə bilərsiniz.

Rejim bölməsində siz “Seçilmiş fokus” vasitəsilə çəkilmiş şəkildə sonradan istədiyiniz yerdə fokus yarada bilərsiniz.

360 dərəcə panorama çəkiliş etmək imkanınız vardır. Horizontalları saxlayaraq cihazın kamerası tez bir zamanda fırlanır və çəkilişi həyata keçirir.

 

Çəkilişlərə baxmamışdan əvvəl kameranın texniki xüsusiyyətləri ilə tanış olaq:

  • 16-meqapiksel BSI-modul Sony IMX240
  • f 1.9-2.2
  • OIS – optik stabilləşdirmə
  • LED-flaş
  • Yaxşılaşdırılmış gecə çəkilişi
  • Yaxşılaşdırılmış rəqəmsal х8 zoom
  • HDR Live rejimi ilə - HDR-ın işini nəticəsi həmin anda ekranda əks olunur
  •  ISO 100, 200, 400, 800 manual rejimdə, 50-3200 avtomatik rejimdə
  • 4К-da video çəkilişi, FullHD saniyədə 60, saniyədə 240 kadrla ləng çəkiliş, tezləşdirilmiş çəkiliş, iki mikrofondan stereosəsin yazılışı.

 

Note 4 ilə çəkilişin müqayisəsi :

 

Tam qaranlıq şəraitində çəkilişdə Note 4 daha pis fokuslaşdırır, S6 EDGE gözəçarpan üstünlüyə malikdir. f=1.9 rejimi Galaxy S6-nın çəkilişləri daha maraqlı görünür.

 

iPhone 6 Plus ilə müqayisəsi:

 

Axşam çəkilişlərində S6-nın avtomatikası sayəsində işıqlı lövhələri və digər obyektləri iPhone 6 Plus-dan daha yaxşı çəkir.

Yan kənarları ilə iş

Note EDGE-dən fərqli olaraq yan kənar ideyası bir qədər dəyişmişdir. Siz informasiyanın sağ və ya sol tərəfində əks olunmasını özünüz seçə bilərsiniz. Qeyd etmək lazımdır ki, şəkili 180 dərəcə çevirmək olmur. Kənar çox ensiz olduğundan orada istədiyiniz örtüyü qoya bilməyəcəksiniz. Burada yalnız gecə rejimi vardır ki, vaxt və hava proqnozundan temperatur əks olunur.

Informasiyaları həmçinin kənarda sürüşən şəkildə də düzəltmək olar. Əsas tənzimləmələr yan panelə əlavə edə biləcəyiniz beş kontaktla bağlıdır. Hər kontaktın öz rəngi var. Cavabsız zənglər zamanı cihazın yan kənarı bu rənglə işıqlanır və siz bilirsiniz ki, o kimdir və ya sizə yazan kimdir. Yenilik praktikada tətbiq edilə biləcək özəllikdədir. Ancaq bu onu S6 səviyyəsindən elə də ayıra bilmir və onlar eyni səviyyəlidir deyə bilirik.

Proqram özəllikləri  – Android 5.x və TouchWiz

Samsung-un TouchWiz örtüyünü sadələşdirməsi Android 5-də hiss olunur. Funksional proqramların əlavə edilməsi telefonu daha sadə və istafəd edilən edib. S6 EDGE-də S6-dan fərqli olaraq ekranın yuxarısından çıxan pərdədə Android 5-dən fərqli olaraq bir cərgə asan giriş üçün proqram yarlıkları saxlanılsa da siz buradakı yarlıkların siyahısını özünüz də seçə bilərsiniz. Həm də bu yarlıklar cərgəsi horizontal fırlanır. 

 

 

Bəzi ikonlarda yeni özəllik peyda olumuşdur, belə ki, məsələn Wi-Fi ikonunda qoşulu olan şəbəkənin adını da görə bilərik.

 S Finder pərdəsində siz istənilən faylı telefonun yaddaşında həm kateqoriyalara ayrılmış, həm də adi şəkildə axtara bilərsiniz.

Həmçinin bu smartfonun əvvəlki tipdə mesajlar menyusu, adi halda və Müsahibə rejimində qeydlər aparan Diktofonu Note 4-dən fərqlənmir.

Peel Smart Remote proqramı İQŞ vasitəsilə məişət texnikasını idarə edir.  Avtomatik olaraq sizin yerləşdiyiniz yer müəyyən olunur və bütün mövcud kanallar siyahısı göstərilir. Istənilən texnikanı idarə etmək gücündədir.

S Planner-Təqvimi vizual cəhətdən asan və sadə ediblər. Ad günləri üçün şəbəkə təqvimləri ilə sinxronlaşa bilən xatırlatmalar var.

S Health (ver. 4)- S Health proqramı bütünlüklə yenilənib. Motivasiyaedici mükafatlar əlavə edilib. Arxa səthdəki sensor nəbzi və qanın oksigenlə təmin olunmasını ölçmək üçün istifadə edilir. Həmçinin o stressin və emosiyaların da dərəcəsini göstərir. Burada məşqlərin siyahısını yaratmaq və virtual məşqçidən kömək almaq olar.

Smart Manager müxtəli kompaniyadan olan proqramları bir interfeysdə birləşdirən yeni alətdir. Clean Master proqramların keşini və digər artıqları silməyə qadirdir. Təhlükəsizlik bölməsində KNOX quraşdıraraq, McAfee antivirusunu aktivləşdirmək mümkündür.

Microsoft papkasında əvvəlcədən quraşdırılmış– OneDrive, OneNote və Skype proqramları var. Bu proqramların əvvəlcədən quraşdırılma ödənişini  Microsoft edir.

Təəssüratlar

Telefonun əsas mənfi cəhəti onu çox işlədəndə, yükləyəndə qızmasıdır. Isti korpusun bütün səthində yayılır. Kameranın açılma sürəti istənlinən menyudan saniyədən belə azdır.

S6 EDGE-nın müsbət cəhəti onun qeyri adi dizaynıdır ki, bu çoxlarının telefonu əldə etməyinin əsas səbəbi ola bilər.

Əgər S6 yoxsa S6 EDGE arasında seçim etmək qarşısında qalsanız şübhə etmədən ikinci cihazı seçə bilərsiniz.

S6 –nın Azərbaycanda qiyməti 750-800 AZN, S6 EDGE-nin qiyməti isə 850-900 AZN arasında dəyişir.

 

Rəylər
Son 24 saatda: 0 elan
Son 1 həftədə: 67 elan
Son 1 ayda: 367 elan